Polşaya gələn ukraynalı qaçqınlar ölkəni tərk etdi
4 İyul 2022 15:28 DünyaOlaylar.az MK.ru-ya istinadən xəbər verir ki,fevralın sonundan Polşaya gələn 2,5 milyondan çox ukraynalı sonradan ölkəni tərk edib.
Bu barədə Polşa Sərhəd Xidmətinin məlumatında deyilir.Ümumilikdə, Ukraynadan Polşaya gedən keçid məntəqələrində 4,5 milyondan çox insan, o cümlədən gündə 24,1 min nəfər qeydə alınıb.
Gün ərzində 28,9 min insan Polşadan Ukraynaya gedib.
Polşa Daxili İşlər Nazirliyinin hesablamalarına görə, ölkədə 1,5 milyona yaxın ukraynalı var. Onların 500 mini əmək qabiliyyətli, 250 mini isə artıq işə düzəlib.
İyulun 1-dən Polşa ərazisində ukraynalı qaçqınlara yardım proqramları mərhələli şəkildə dayandırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31