Norveçdə tətil elan edildikdən sonra Avropada qazın qiyməti 7 faiz artıb

Olaylar.az xəbər verir kİ, Norveçdə enerji sektoru işçiləri tətil edəcəklərini elan etdikdən sonra Avropada qazın qiyməti təxminən 7 faiz artaraq 157 avroya çatıb.

Avropanın ən dərin dərinliyinə malik Hollandiyada yerləşən virtual təbii qaz ticarət məntəqəsi TTF-də satılan avqust ayı qaz fyuçers müqaviləsinin qiyməti iyulun 1-də meqavat saat üçün 147 avro səviyyəsində bağlanıb.

Norveç Neft və Qaz  Assosiasiyasından verilən açıqlamaya görə, ölkədəki energetika işçilərinin əksəriyyətini təmsil edən həmkarlar ittifaqları maaşlarla bağlı razılığa gələ bilmədikləri üçün tətil edəcəklər.

Tətilin başlaması ilə ölkənin təbii qaz hasilatı sutkada 292 min barrel azalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31