Özbəkistanda iğtişaşlar nəticəsində 18 nəfər həlak olub

Özbəkistanın Nukus şəhərində baş verən iğtişaşlar zamanı 18 nəfər həlak olub. Olaylar.az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun departamentinin prokuroru Abror Mamatov məlumat verib.

"İyulun 1 və 2-də Nukusda baş verən iğtişaşlar zamanı 18 nəfər həlak olub, 243 vətəndaş, o cümlədən 38 hüquq-mühafizə orqanlarının əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb" - deyə, o, "Özbəkistan 24" telekanalının canlı efirində deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31