Ukraynada 345 uşaq qətlə yetirilib
4 İyul 2022 12:29 DünyaUkraynada Rusiyanın hücumu nəticəsində 345 uşaq ölüb, 644-dən çox uşaq yaralanıb.
Bu barədə Ukrayna Baş Prokurorluğunu mətbuat xidməti məlumat yayıb.
"2022-ci il iyulun 4-də səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 989-dan çox uşaq xəsarət alıb. 345 uşaq həlak olub, 644 nəfər isə yaralanıb", - məlumatda deyilir.
gundem.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31