Rusiya BU TARİXDƏN quru sərhədlərini açacaq
4 İyul 2022 11:28 DünyaRusiya iyulun 15-də quru sərhədlərini açacaq.
Olaylar.az xəbər verir ki, Sfera.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə ölkənin Operativ Qərargahından bildirilib.
Qeyd olunub ki, Belarus vətəndaşları istisna olmaqla digər ölkə vətəndaşları Rusiyaya gəldikdə PCR testindən keçməlidirlər.
Xatırladaq ki, sərhədlərin bağlanması koronavirus pandemiyası ilə bağlı idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31