Hakerlər Britaniya ordusunun “Twitter” və “YouTube” hesablarını sındırıblar
4 İyul 2022 12:27 DünyaBritaniya ordusunun "Twitter" və "YouTube" hesabları sındırılıb.
Olaylar.az xəbər verir ki, Oxu.az - ın "İnterfaks"- a istinadən məlumatına görə, ordunun "YouTube" kanalında "Tesla"nın qurucusu İlon Maskın iştirakı ilə "Ark Investment Management" LLC tərəfindən keçirilən "Bitcoin" forumundan videolar yerləşdirilib. "Twitter"də NFT tokenləri ilə bağlı reklam peyda olub.
Britaniya Ordusu daha sonra "Twitter"də "nəşrlərdə müvəqqəti fasiləyə" görə üzr istəyib və hadisənin araşdırıldığını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31