Özbəkistanın Qaraqalpaqıstan ərazisində fövqəladə vəziyyət rejimi TƏTBİQ EDİLDİ

İğtişaşların baş verdiyi Qaraqalpaqıstan ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejimilə bağlı komendant saatı Bakı vaxtı ilə saat 20.00-dan səhər saat 06.00-dək qüvvədə olacaq.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31