Conson Odessanın fəxri vətəndaşı oldu

Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub.

Olaylar.az xəbər verir ki, bu barədə Odessa meri Gennadi Truxanov bildirib. O, Consonun Ukrayna qarşısında xidmətlərini yüksək qiymətləndirdiyini deyib:

"Boris Consonun I, II, III dərəcəli Qriqori Marazli adına fəxri nişanlarla təltif edilməsi haqqında sərəncam imzaladım".

Merin sözlərinə görə, bununla da Conson Odessanın fəxri vətəndaşı adını alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31