"Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək" - Leyen
1 İyul 2022 23:05 DünyaAvropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində təcili makromaliyyə yardımının birinci hissəsinin ayrılmasını təklif edib.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Tvitter hesabında yazıb.
"Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək", - Leyen qeyd edib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31