Ukrayna ATƏT-in növbədənkənar iclasını çağırır
1 İyul 2022 20:56 DünyaUkrayna Rusiyanın raket hücumlarını müzakirə etmək üçün ATƏT Daimi Şurasının növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə müraciət edib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Yevgeni Çimbalyuk deyib.
O qeyd edib ki, Rusiya mülki obyektləri hədəfə almaqla təkcə beynəlxalq humanitar hüququ kobud şəkildə pozmur, həm də ilk növbədə dinc əhalini hədəfə alır. Daimi Şuranın məhz bu raket probleminə diqqət yetirməsi vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31