Aİ Rusiya qızılının idxalına qadağa qoymaq istəyir– “Bloomberg”
1 İyul 2022 16:33 DünyaAvropa İttifaqı (Aİ) Rusiya qızılının idxalını qadağan edəcək yeni sanksiyalar üzərində işləyir.
Bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, Rusiya ötən il 12,6 milyard funt-sterlinq dəyərində qızıl ixrac edərək dünyanın ikinci ən böyük qızıl hasil edən ölkəsi olub.
Bu yaxınlarda G7 ölkələri Rusiyadan qızıl idxalını qadağan etmək planlarını açıqlamışdı. Britaniya bildirmişdi ki, bu tədbirin Rusiyanın öz ordusunu maliyyələşdirmək qabiliyyətinə və oliqarxların qızıl külçələri almaqla maliyyə sanksiyalarından yayınmaq cəhdlərinə böyük təsiri olacaq.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31