Kurort mərkəzlərindən birində timsah bir nəfəri öldürdü

Olaylar.az xəbər verir ki,  ABŞ-da Qolf klubunun ziyarətçisi üç metrlik timsahın qurbanı oldu 

Yerli "Metro" nəşrinin məlumatına görə, qolfçu iyunun 24-də Myrtle Beach (Cənubi Karolina) şəhərində idman klubunun ətrafını araşdırmaq qərarına gəlib və ilk növbədə gölməçəyə gedib.

Faciə bir neçə saniyə ərzində baş verib: timsah çənəsindən tutub gölməçəyə sürükləyib. Dövlət Təbii Sərvətlər Departamentinin mütəxəssisləri timsahı tutub evtanaziya ediblər, lakin klubun müştərisinə kömək edə bilməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31