Luqansk DİN daha üç yaşayış məntəqəsinin tutulduğunu açıqlayıb

Rusiya və Luqansk Xalq Respublikasının müttəfiq qüvvələri Donbassın Spornoe, Zolotarevka və Belaya Qora kəndlərinə nəzarəti ələ keçirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Luqansk Xalq Respublikasının daxili işlər nazirinin köməkçisi Vitali Kiselev Telegram kanalında məlumat verib.
"Müttəfiq bölmələri Spornoe, Zolotarevka və Belaya Qora qəsəbələrini nəzarətə götürdü. Ukrayna qoşunlarının Lisiçanskdan çəkildiyi Severskə qarşı hücum fəal şəkildə davam edir" - deyə, o, yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31