Rusiyanın Odessaya raket hücumu nəticəsində 17 nəfər həlak olub: Ukrayna
1 İyul 2022 13:15 DünyaOlaylar.az xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Odessa vilayətinə endirdiyi iki raket hücumu nəticəsində 17 nəfərin öldüyü, 31 nəfərin yaralandığı açıqlanıb.
Bunu Odessa Regional Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk mediaya açıqlamasında söyləyib.
Bratçuk bildirib ki, Rusiya ordusunun bu hücumlarında insanların yaşadığı mənzilə raket düşməsi nəticəsində 14 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.
Bratçuk hücumun baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31