İsveç və Danimarkada inflyasiya rekord həddə çatdı
14 İyun 2022 14:57 Dünyaİsveçdə 1991-ci ildən bəri ən yüksək 7,2% inflyasiya qeydə alınıb.
Bu barədə krallığın statistika idarəsi məlumat yayıb.
Qeyd edilir ki, 2022-ci ilin aprelindən etibarən inflyasiya birdən-birə 1% artıb. Bu şəraitdə qiymət artımı ilk növbədə elektrik enerjisinə, yanacağa, ərzaq və yüngül sənaye mallarına təsir edib. Mütəxəssislər bunu enerji qiymətlərinin artması ilə əlaqələndirirlər.
Danimarkada da rekord 7,4% illik inflyasiya qeydə alınıb. Bunun əsas səbəbi Danimarkanın Rusiya qazını rublla almaqdan imtina etməsi olub ki, bu da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub.
TASS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31