Bu ölkələr meymunçiçəyi vaksini alacaq – Müqavilə imzalanır

Avropa İttifaqı (Aİ) Komissiyasının sağlamlıqdan məsul üzvü Stella Kriakids bu gün 110 min doza meymunçiçəyi vaksinin alınması üçün müqavilə imzalayacağını deyib.

O, Lüksemburqda AB səhiyyə nazirlərinin toplantısına daxil olarkən qeyd edib ki, hazırda Aİ ölkələrində 900-ə yaxın meymunçiçəyinə yoluxma halı aşkarlanıb, halbuki dünya üzrə yoluxma sayı 1400-ə yaxındır.

AB səhiyyə nazirləri toplantısında COVID-19 epidemiyası ilə bağlı vəziyyəti də müzakirə edəcəklərini söyləyən Kriakids gələcək payız və qış üçün strategiyaları müzakirə edəcəklərini və üzv ölkələrin kifayət qədər sağlamlıq imkanlarına sahib olması üçün səyləri qiymətləndirəcəklərini ifadə edib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31