Rusiya Hindistanın ikinci ən böyük neft tədarükçüsü oldu

Olaylar.az xəbər verir kİ, Rusiya Hindistanın İraqdan sonra ikinci ən böyük neft tədarükçüsü olmaq üçün Səudiyyə Ərəbistanını geridə qoyub.

"The Times of India" qəzetində çıxan xəbərə görə, Hindistan may ayında təxminən 25 milyon barrel Rusiya nefti alıb ki, bu da bütün neft idxalının 16 faizindən çoxuna bərabərdir.

2021 və 2022-ci ilin ilk rüblərində ölkənin dəniz yolu ilə aldığı Rusiya mənşəli xam neftin ümumi idxalında payı 1 faizdən aşağı olarkən, aprel ayında ilk dəfə 5 faizə çatıb.

İraq keçən ay Hindistanın ən böyük tədarükçüsü mövqeyini qoruyub, Səudiyyə Ərəbistanı üçüncü yerdə Rusiyadan geri qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31