İsrail Bəşər Əsədin saraylarını dağıtmaqla hədələyib

Olaylar.az xəbər verir ki, İsrail hakimiyyəti Suriya prezidenti Bəşir Əsədi öz ərazisində İranla hərbi əməkdaşlığı dayandırmasa və ya azaltmasa, saraylarını bombalayacağı ilə hədələyib. Bu barədə iyunun 14-də The Jerusalem Post Elaph portalına istinadən xəbər verir.

İsrail Silahlı Qüvvələrindəki yüksək rütbəli mənbənin bildirdiyinə görə, Təl-Əviv Suriya liderini xəbərdar edib ki, İranın öz dövlətində əməliyyatlarının daha da gizlədilməsi, eləcə də silahların Tehrana ötürülməsi onun saraylarından birinin dağıdılmasına səbəb ola bilər. Lakin "The Jerusalem Post" qəzetinin jurnalistləri eyni zamanda bu məlumatı təsdiq edə bilməyiblər.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Dəməşq Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqları və işıqlandırması İsrail Hərbi Hava Qüvvələrinin zərbəsindən sonra sıradan çıxıb. Üstəlik, terminallardan birinin binasına da ziyan dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31