Almaniyada inflyasiya rekord həddə çatdı

 

Olaylar.az xəbər verir ki, Almaniyada may ayında inflyasiya 7,4 faizdən 7,9 faizə yüksəlib. Bu rəqəm ardıcıl üçüncü aydır ki, çoxillik rekorddur.

 
Federal Statistika İdarəsinin rəhbəri Georg Thiel 1973-1974-cü illərdə inflyasiyanın ən yüksək həddə çatdığını bildirərək, o zaman qiymət artımının neft böhranı ilə bağlı olduğunu bildirib.

İnflyasiyanın əsas səbəbi artan enerji qiymətləri olaraq qalır, Thiel əlavə edib ki, digər mallar, o cümlədən ərzaq da bahalaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31