Bu ölkənin baş naziri ikinci dəfə koronavirusa yoluxub
14 İyun 2022 11:14 DünyaOlaylar.az xəbər verir ki,Kanadanın Baş naziri Castin Trüdo ABŞ prezidenti Co Baydenlə görüşdükdən bir neçə gün sonra ikinci dəfə COVID-19-a yoluxub.
Trudeau verdiyi açıqlamada, "Mənim COVID-19 testim müsbət çıxdı. İctimai sağlamlıq qaydalarına əməl edib özümü təcrid edəcəm" dedi və özünü yaxşı hiss etdiyini bildirib.
Özünü yaxşı hiss etməsinin səbəbinin əlindəki COVID-19 peyvəndləri olduğunu vurğulayan Trudeau, "Ona görə də etməmisinizsə peyvənd olun, bacarırsınızsa gücləndirici doza alın. Gəlin sağlamlıq sistemimizi, bir-birimizi və özümüzü qoruyaq", - deyə o bildirib.
Trudeau keçən yanvarda koronavirusa yoluxmuşdu.
Xatırladaq kİ, Kanada dünyada koronavirusa qarşı ən yüksək peyvənd nisbətinə sahibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31