Qərb silahları 'kifayət qədər tez gəlmir'

"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki, Ukrayna müdafiə nazirinin müşaviri deyir ki, qərbdən təcili olaraq daha çox silah lazımdır.

Yuri Sak deyir ki, Ukrayna Qərb ölkələrindən indiyə qədər aldığı silahlara görə minnətdar olsa da, əlavə təchizat lazım olduğu qədər tez çatmır.

"Döyüşlərin ən şiddətli olduğu Severodonetskdə Ukrayna ordusu şəhəri bacardığı qədər qorumağa davam edir, lakin indiyə qədər daha ağır silahlar alsaydıq düşməni dəf etməkdə və Ukrayna torpaqlarını azad etməkdə daha sürətli olardıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31