Ukraynalı qaçqınlar Almaniyanı kütləvi şəkildə tərk etməyə başlayıblar
13 İyun 2022 16:08 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik daha əvvəl Almaniyaya qaçqın kimi gəlmiş ukraynalıların kütləvi şəkildə köçünün başlaması barədə danışıb.
Bild qəzetinin təşkil etdiyi müzakirə zamanı o, "Ukraynalıların çoxu uzun müddətdir ki, gedir. İndi Almaniyanı gələndən daha çox ukraynalı tərk edir" deyib.
Melnik Almaniyada cəmiyyəti bunun baş verməsinin səbəbləri barədə düşünməyə çağırıb.
Ukrayna səfiri əlavə edib ki, iştirak etdiyi müzakirəni dinləyəndə bir çox ukraynalının niyə qalmaq istəmədiyini anlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31