Bağdadda qum fırtınası: Uçuşlar dayandırılıb

Olaylar.az xəbər verir ki, İraqda təsirli olan qum fırtınası səbəbindən Bağdad Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılıb.

İraqın rəsmi xəbər agentliyi olan İNA-nın məlumatına görə, həyata mənfi təsir göstərən qum fırtınası səbəbindən Bağdad Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılıb.

Bağdadda qum fırtınası səbəbindən görmə məsafəsi xeyli azalıb. Boğulma riski olan vətəndaşlar xəstəxanalara aparılıb.

ABŞ-ın işğalından sonra İraqda yüz minlərlə ağac kəsildi və ölkə yaşıllıqdan məhrum olub. Bu vəziyyətin qum fırtınalarının əmələ gəlməsində təsirli olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31