Türkiyədə mikroavtobus və yük maşını toqquşub, ölən və yaralılar var
11 İyun 2022 19:09 DünyaTürkiyənin Balıkəsir vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az yerli KİV-lərə istinadla xəbər verir ki, Dursunbəy-Kepsüt yolunun 35-ci kilometrində mikroavtobusla yük avtomobili toqquşub.
Qəza nəticəsində azı səkkiz nəfər ölüb, on nəfər yaralanıb.
Məlumata görə, altı nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada dünyasını dəyişib. Digər yaralıların xəstəxanada müalicəsi davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31