Eks-prezident 10 il azadlıqdan məhrum edildi

Boliviyanın eks-prezidenti Janin Anyes 10 il müddətinə azadlıqdan məhrum edilib.

Olaylar.az APA-ya istinadən bildirir ki, o, 2019-cu ildə dövlət çevrilişinə cəhdlə bağlı cinayət işi çərçivəsində məhkum olunub.

Prokurorluq 2019-cu ildə Konstitusiyaya zidd qanunlar verdiyi və səlahiyyətlərini aşdığı üçün ona 15 il həbs cəzası verilməsini tələb etsə də, məhkəmə cəzanı yüngülləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31