"Aqata" qasırğası Meksikanın cənubunda 28 mindən çox evə ziyan vurub

Mayın sonunda Meksikanın "Oaxaka" ştatında başlayan "Aqata" qasırğası 28 mindən çox evə ziyan vurub.

Olaylar.az bildirir ki, bu barədə bölgənin qubernatoru Alexandro Murat mətbuat konfransı zamanı bildirib.

"Biz məlumat toplamağa başlamışıq və 28 mindən çox ziyan vurulan yaşayış binasının və 191 məktəbin bərpasına başlanılacaq", deyə o qeyd edib.

Ümumilikdə 100 mindən çox insana maddi ziyan dəyib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ştatın həm sahilyanı, həm də dağlıq ərazilərində 69 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31