Bu ölkədə məcburi ölüm hökmü ləğvi edilir
10 İyun 2022 21:08 DünyaMalaziya hökuməti məcburi ölüm hökmünü ləğv etmək qərarına gəlib.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin parlament və qanunvericilik üzrə naziri Van Cunaidi Tuanku Cəfər bildirib.
Xatırladaq ki, hazırda Malaziyada 11 cinayət növü, o cümlədən, qətl, narkotik maddələrin alqı-satqısı və terrorizm görə məcburi ölüm hökmü qüvvədədir. Bundan sonra isə ölüm hökmü və ya digər cəzanın verilməsi haqqında hakim qərar verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31