"Ukraynaya səfər etmək istəyirdim, icazə vermədilər" - Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin onun Ukrayna, Polşa və Fransaya səfərini qadağan etdiyini bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən Fransaya, Polşaya və hətta bu məsələdə bir yerdə olduğumuz və minnətdar olduğumuz Ukraynaya səfər etmək istəyirdim. Əks halda, namizəd statusunun (Avropa İttifaqına üzvlüklə bağlı-red:) verilməsi ilə bağlı sürətləndirilmiş proses getməzdi. Lakin səfər etməyimə icazə vermədilər", - Zurabişvili bildirib.

Onun sözlərinə görə, hökumət namizəd statusunun alınması prosesini dəstəkləmək üçün artıq hər şey edildiyini deyib.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Tbilisinin Ukraynaya silah verməkdən imtinasını yeni münaqişədən qaçmaq cəhdi ilə əsaslandırıb.

azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31