Hindistanda leysan: 43 nəfər ölüb
10 İyun 2022 12:28 DünyaSon bir ay ərzində Hindistanın Arunaçal-Pradeş, Assam və Meqhalaya ştatlarında leysan yağışı 43 nəfərin ölümünə səbəb olub.
Olaylar.az xəbər verir ki, təkcə Assam ştatında 27 nəfər ölüb.
Musson yağışlar çayları məcrasından çıxarıb, sürüşmələrə, ağacların aşmasına, elektrik xəttlərinin qırılmasına səbəb olub. Yağışların getdikcə gücləndiyi bildirilir.
Növbəti 2 gün üçün bu ştatlarda "qırmızı" təhlükə səviyyəsi elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31