15 ildir polis tərəfindən axtarılırdı, görün hardan tapıldı
10 İyun 2022 12:47 Dünya15 il axtarışda olan şəxs yatağın altından tapılıb.
Kayseridə 4 müxtəlif cinayətə görə 15 il 5 ay həbs cəzası alan H.K. gizləndiyi evdəki çarpayının altında yaxalanıb.
Kayseridə təhlükəsizlik orqanları və büro komandirliyi qrupları 4 fərqli oğurluq ittihamı ilə 15 il 5 ay həbs cəzası alan H.K.-nın tutulması üçün iş başladıb.
Araşdırmalar çərçivəsində məhkumun Melikqazi rayonu Aydınlıkevler məhəlləsində bir ünvanda gizləndiyi müəyyən edilib. Polis qruplarının axtarışı nəticəsində H.K-nın çarpayının altında gizləndiyi məlum olub.
Nəzarətə alınan məhkum polis bölməsindəki əməliyyatlardan sonra həbsxanaya göndərilib.
AZXEBER
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31