Dənizdə qorxulu mənzərə: Naməlum maddə sürətlə yayılır - VİDEO
10 İyun 2022 11:32 DünyaBaltik dənizinin İsveç və Finlandiya sahillərində naməlum sızıntı müəyyən edilib.
Bu barədə ölkələrin rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, naməlum maddə hər iki ölkənin sularında 30 kvadrat kilometr ərazini əhatə edir. Məlumata görə, sızıntının mənbəyi məlum olmasa da, hələlik təhdid kəsb etmir. Bununla belə yerli dairələr tədbirlər görüb.
Sudan nümunələr götürülüb. Araşdırmalardan sonra maddənin mənbəyini müəyyən etmək mümkün olacaq. Bölgədəki gəmilər və ərazidən keçən yük gəmiləri araşdırılır.
metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31