“WhatsApp”dan daha bir yenilik

"WhatsApp" tərtibatçıları "iPhone" üçün messencerin qrup zəngləri funksiyasının imkanlarını artırıblar.

Olaylar.az bildirir ki, artıq "iPhone" sahibləri "WhatsApp"da 8 deyil, 32 nəfərlə eyni anda danışa biləcəklər.

Messencerin yenilənmiş versiyasında qrup zəngi interfeysinin dizaynı da öncəkindən fərqlənir. Burada istifadəçilərə qalereyada seçilmiş media fayllarına çıxış imkanı da verilib.

Messencerin yeni versiyası artıq "App Store"da mövcuddur. Tezliklə "Android" istifadəçiləri üçün də oxşar yeniləmə təqdim ediləcəyi gözlənilir.

gazeta.ru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31