Kuleba: Biz Rusiyanın barbar hücumlarına qarşı daha çox sanksiyaların tətbiq edilməsini istəyirik

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Kuleba Xarkovdakı vəhşi hücumlardan sonra Rusiyanı tam beynəlxalq təcrid vəziyyətinə salmağa çağırıb.

Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, Rusiya ordusunun bu səhər həyata keçirdiyi hücumun Xarkov qubernatorluğu, binanın yerləşdiyi Azadlıq meydanı və ətrafdakı digər binalara böyük ziyan vurduğu açıqlanıb.

Hücumda 1-i uşaq olmaqla 6 mülki vətəndaşın yaralandığı bildirilən açıqlamaya görə, can itkisi ilə bağlı məlumat hələlik dəqiqləşdirilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31