Yaponiyadan Rusiyaya sərt CAVAB

Olaylar.az TASS-a istinadən xəbəbr verir ki,  Yaponiya Baş naziri Fumio Kişida bildirib  ki, ərazi məsələsi həll edilmədən Rusiya ilə sülh razılaşması əldə edilməyəcəyək.

Bu barədə baş nazir mediaya verdiyi açıqlamada bildirib. 

"Ərazi məsələsi həll edilmədən Rusiya ilə heç bir sülh müqaviləsi olmayacaq. Sülh müqaviləsinin imzalanması da daxil olmaqla Yaponiya-Rusiya əlaqələrinin bütün parametrlərini inkişaf etdirməyə çalışacağam",- deyə baş nazir söyləyib.  

Məlumata görə, oktyabrın 7-də Yaponiya Baş nazirinin  Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Söhbətdən sonra baş  nazir  iki ölkə arasında sülh müqaviləsinin yalnız Kuril adalarının cənub hissəsinin  məsələsi həll edildikdən sonra sülh  bağlana biləcəyini vurğulayıb.  Tokionun bu mövzuda mövqeyi dəyişməz olaraq qalır. Kişida, Rusiya lideri ilə etibarlı əlaqələr qurmaq və onunla şəxsi görüşlər keçirmək istədiyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31