Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən "IDEF - 2021" Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Bu barədə   Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, müdafiə naziri sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN" və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

30 il sonra Ağdamdakı evindən tapdığı əşya dəhşətə gətirdi - VİDEO

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Video

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31