ÜST-dən vaksinin üçüncü dozasının vurulması ilə bağlı açıqlama

Dünya ictimaiyyəti koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməlidir

Dünya ictimaiyyəti koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməlidir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, bu, vaksinlərin dünyada qeyri-bərabər paylanmasının qarşısını almaq üçün lazımdır: "ÜST vaksinlərin dünya ölkələri üzrə paylanmasına nəzarət edir və bunu davam etdirəcək. Təşkilat dəfələrlə zəngin ölkələri azgəlirli ölkələrlə peyvəndləri paylaşmağa çağırıb. Amma vaksinlərə çıxış imkanlarında qeyri-bərabərlik qalmaqdadır".

ÜST rəhbəri əlavə edib ki, bu günədək dünyada 4 milyard vaksin olunub və bunun 80 faizi yüksək və ortagəlirli ölkələrin payına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31