İranda aeroportlar fəaliyyətini niyə DAYANDIRIR?

Sabah İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi məqsədilə paytaxt Tehran və ətraf vilayətlərin (Payam və Əlborz) aeroportları 2,5 saat ərzində fəaliyyətini dayandıracaq.

Sabah İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi məqsədilə paytaxt Tehran və ətraf vilayətlərin (Payam və Əlborz) aeroportları 2,5 saat ərzində fəaliyyətini dayandıracaq.

Olaylar.Az  bildirir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Məhəmməd Həsən Zibəxş deyib.

M.Zibəxşin sözlərinə görə, avqustun 5-də 16:30-dan 19:00-dək Tehranın İmam Xomeyni və Mehrabad, Əlborz vilayətinin Payam və Qəzvin vilayətinin Qəzvin aeroportları bağlı olacaq.

O, əlavə edib ki, bununla əlaqədar hava yolları şirkətlərinə qeyd olunan vaxtda heç bir uçuşun olmaması haqda göstəriş verilib.

Qeyd edək ki, İranın yeni prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi İran parlamentində təşkil olunacaq. Mərasimə 73 ölkədən 115 rəsminin qatılacağı dəqiqləşib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31