Putinin Yeltsindən sonra ən böyük strateji uğursuzluğu

Rusiyanın Ukraynaya qarşı  güc nümayişi bu ölkənin dərinliklərinə Suriyadakı və Qarabağdakı kimi raket zərbəsinin endirilməsi çağırışı və onun ehtimalı demək olar ki, bütün dünyanı Rusiyaya qarşı birləşməyə məcbur edib

Rusiyanın Ukraynaya qarşı  güc nümayişi bu ölkənin dərinliklərinə Suriyadakı və Qarabağdakı kimi raket zərbəsinin endirilməsi çağırışı və onun ehtimalı demək olar ki, bütün dünyanı Rusiyaya qarşı birləşməyə məcbur edib. Bu yekdil mövqe təbii ki, bütün dünyanın Rusiyanı təcavüzkar  və təhlükə mərkəzi kimi qəbul edilməsi nəticəsində formalaşıb. Rusiya üçün yeganə nəfəslik olan Türkiyənin beynəlxalq hüquq normalarına uyğun Ukrayna siyasəti Rusiyanın güc siyasətinin, hərbi imkanlarının bumeranq effekt verdiyinin əlavə sübutudur. Hüquqşünas, Qarabağ  Qazisi Vüqar Dadaşov hesab edir ki, NATO-nun, Avropa İttifaqının daxilində fikir və mövqe ayrılıqlarına  görə  onların dağılmasını gözləyən  Rusiya üçün elə Rusiyanın Ukrayna davranışı bu təşkilatların birliyini gücləndirdi, həmin təşkilatlara marağı və üzvlüyü aktuallaşdırdı  və ümumən Qərb siyasət mərkəzi kimi həmin təşkilatların həyat ömrünü uzatdı: "Deməli Putin hakimiyyəti  Boris Yeltsin hakimiyyətindən sonra  strateji baxımdan ən böyük uğursuzluğunu qazandı. Bu isə açıq şəkildə görsənən Rusiyanın nəinki Ukrayna qarşıdurmasında, ən vacibi isə qərb dünyası qarşısında psixoloji məğlubiyyətinin fiksasiyasıdır.  Putin hakimiyyətinin beynəlxalq hüquq normalarına, diplomatiya qaydalarına hörmətsizliyi  onun güc və hərbi-siyasi xəttinin tərkibi kimi ölkəsi üçün qorxulu ssenarinin anonsunu verir. Rusiya siyasəti ABŞ-ın sabiq prezidenti Barak Obamanın prezidentliyi dövrünə aid yazdığı kitabında  göstərdiyi Putinin şəxsi keyfiyyətlərinin və düşüncə tərzinin  dəyişməsinin mütləq ehtiyacını yaradır. (Hər bir halda Rusiya öz dövlət siyasətini ya da Putin hakimiyyətini dəyişməlidir.) Deməli, ya Rusiya öz xarici güc və işğalçılıq siyasətindən imtina etməli, sivil dünyanın axarına qoşulmalı, əks təqdirdə isə Rusiya dövlət idarə sisteminin, ərazi bütövlüyünün, suverenliyinin  dəyişəcəyini zamanın  mütləq prosesinə  çevirəcək. Maraqlı bir məqamı da qeyd edim ki, Qərb dünyasının əksər dövlətlərinə  Azərbaycan ərazilərinin işğalında Rusiyanın rolu  və faktiki olaraq Qarabağ münaqişəsində  tərəf olduğu bəlli olduğu halda Azərbaycan mövqeyini dəstəkləmirdi. Bu məsəldə xristian təəssübkeşliyi, ən başlıcası isə Qərb dünyasının türk etnosuna qarşı xronoloji qorxu hissi və nifrəti həlledici mövqeni formalaşdırmışdır. Ancaq, baxın,  Ukrayna məsələsində rəqib tərəflərə çevrilmiş Rusiya, Qərb dünyası və eləcə də ATƏT Azərbaycanın qələbəsindən sonra Qarabağ məsələsinin yenidən canlanmasında Ukrayna məsələsində maraqları üst-üstə düşür və eyni mövqedən çıxış edirlər.  Demək olmaz ki, bu məsələdə türkəfobiya xristian təəssübkeşliyi  yoxdur.  O ki, qaldı Azərbaycana, Azərbaycan prezidenti İlham Əliyevin Az.tv-yə verdiyi müsahibədə "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də" ifadəsi  təkcə Ermənistana yox "İSGƏNDƏR-M"-i atanlara və türkəfobiya ilə zəhərlənmiş xristian təəssübkeşlərinə açıq və bir başa Qalib Azərbaycan xalqının, türk qardaşlığının diktəsidir. Artıq,  Azərbaycan özü o zamanı gətirib, kiminsə istəyi bizim həyatımızın yox, istəyimiz sizin həyatınızın gerçəkliyidir."

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31