İrəvanda Novruz tonqalı?
Olduqca təəccüblü səslənsə də, Ermənistanda Baş Nazir Paşinyana müxalifətdə dayanan 17 birləşmiş müxalifət partiyası Növruz Bayramı keçirilən gün İrəvanın Respublika meydanında Novruz tonqalı yandırmağı qərara alıblar.
18 Mart 2021 11:31 DünyaOlduqca təəccüblü səslənsə də, Ermənistanda Baş Nazir Paşinyana müxalifətdə dayanan 17 birləşmiş müxalifət partiyası Növruz Bayramı keçirilən gün İrəvanın Respublika meydanında Novruz tonqalı yandırmağı qərara alıblar. Bu barədə orada çıxan saytların birində məlumat verilib. Eyni zamanda bildirilir ki, tonqalın yandırılmasında Azərbaycanın verdiyi qazdan istifadə ediləcək. Təbii ki, Ermənistanın keçmiş Baş Naziri, keçmiş Müdafiə Naziri Vazgen Manukyanın başçılıq etdiyi müxalif qüvvələr bununla Azərbaycan da daxil olmaqla Novruz Bayramı təntənəli surətdə qeyd olunan qonşu ölkələrlə həmrəylik nümayiş etdirmək istəmir. Onların məqsədi heç olmasa bu vasitə ilə insanları nümayişə çıxarmaq və Paşinyanı istefaya getməyə məcbur etməkdir.
Eyni zamanda, müxalifət Erməni xalqına bildirmək istəyir ki, əgər Baş Nazir Paşinyanı istefaya göndərmək mümkün olmasa yaxın gələcəkdə Novruz Bayramının Ermənistanda qeyd olunacağı heç də təccüblü deyil. Təbii ki, Manukyan və onun ətrafındakıların verdiyi proqnoz heç də utopiya deyil, real fakt və hadisələrin analiz edilməsindən çıxarılan nəticədir. 3 il bundan qabaq Azərbaycan Prezidentinin ailəsi ilə birlikdə Şuşada Novruz tonqalı ətrafında dayanacağını ermənistanda heç kim təsəvvür edə bilməzdi. Amma Azərbaycan xalqı buna inanırdı. Bu inam indiki qələbəmizin rəhninə çevrildi. Bu inam bütün xalqın Hörmətli Cənab Prezident, Ali Baş Komandan ətrafında sıx birləşməsinə səbəb oldu.
Qarabağ hadisələrinə qədər Azərbaycanda yaşayan ermənilər müxalifətin bu addımını böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Onlar Azərbaycanda keçirdikləri Novruz bayramını böyük nostalji hissləri və həsrətlə indi də xatırlayırlar. Azərbaycandan köçən Ermənilərin çox hissəsi hətta bu günlərdə evlərində səməni cücərdir, paxlava, şəkərbura hazırlayırlar. Bəlkə də onları sevindirən yaxın gələcəkdə ermənistnda da Novruz bayramının təntənəli surətdə qeyd ediləcəyinə bəslədikləri ümiddir.
Ermənistan müxalifətinin Yerevanın ən böyük meydanında Azərbaycan qazı ilə Novruz tonqalı qalamasından nə məqsəd güddüyündən asılı olmayaraq, biz öz əllərimizlə eyni meydanda tonqal qalayıb Novruz təntənələri keçirəcəyimizə inanırıq. Yaxın keçmişimizdə Şuşanı, hətta bütün Qarabağı Erməni işğalçılarından azad edəcəyimizə inandığımız qədər! Bu inamı bizə bu gün Şuşada Novruz tonqalı ətrafında ailəsi ilə birlikdə məğrur dayanan cənab Prezidentimiz verib və biz ona inanırıq.
Əlimusa İbrahimov
Politoloq