Qara görə dərslər dayandırıldı
Qara görə dərslər dayandırıldı
7 Yanvar 2020 11:13 DünyaTürkiyəyə yağan güclü qar bəzi əyalətlərdə dərslərin dayandırılmasına səbəb olub.
Əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi şəhər mərkəzlərində və rayonlarda milli və özəl rəsmi və qeyri-rəsmi təhsil müəssisələri, xüsusi təhsil və reabilitasiya mərkəzləri, xüsusi təhsil kursları və digər dövlət qurumları, eləcə də məktəbəqədər təhsil müəssisələrində bir günlük tətil elan edilib.
Hətta bəzi rayonlarda nəqliyyatın da fəaliyyəti bir günlük dayandırılıb.
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31