Nigeriyada partlayış: 30 ölü

Nigeriyada partlayış: 30 ölü

Nigeriyanın Borno ştatının Qamboru şəhərində körpüdə törədilən partlayış nəticəsində ən azı 30 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.

Bu barədə şahidlər məlumat veriblər.

Hadisə şahidlərinin sözlərinə əsasən, partlayışı terrorçu-kamikadze törədib.

Hücumun "Boko Haram" terror təşkilatı tərəfindən törədildiyi güman edilir.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31