"Mehdi ordusu"nun rəhbəri çağırış etdi

"Mehdi ordusu"nun rəhbəri çağırış etdi

İraq şiələrinin liderlərindən biri, "Mehdi ordusu"nun rəhbəri Müqtəda əs-Sədr şiələri beynəlxalq alyansda birləşərək, İranı dəstəkləməyə çağırıb.

Sədr ABŞ-ın Bağdaddakı səfirliyinin bağlanmasını və ABŞ mallarının boykot edilməsini tələb edib. Şiə lider İraq parlamentinin bütün xarici qoşunların ölkə ərazisindən çıxarılması barədə qəbul etdiyi qətnaməni ABŞ-a verilən "acınacaqlı cavab" sayıb.

Qeyd edək ki, Qasım Süleymaninin öldürülməsindən dərhal sonra Müqtəda əs-Sədr 2008-ci ildə buraxılan "Mehdi ordusu"nu yenidən quracağını bəyan etmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31