Morales devrildi, Tramp qadağanı ləğv etdi

Morales devrildi, Tramp qadağanı ləğv etdi

ABŞ Prezidenti Donald Tramp 2020-ci maliyyə ilində Boliviyaya ediləcək yardıma qoyduğu qadağanı ləğv edib.

Bu məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.

Qeyd edək ki, ABŞ Boliviyaya maliyyə yardımını eks-prezident Evo Moralesin dönəmində dayandırmışdı.

Bir müddət öncə Boliviya hərbçilərinin təzyiqi altında Morales vəzifəsini tərk edib. Bundan sonra Morales Meksikada siyasi sığınacaq alıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31