Netanyahudan İrana ÇAĞIRIŞ
7 Yanvar 2020 09:34 Dünya"İranlı generalın öldürülməsində İsrailin əli yoxdur. Buna görə də İsrail ABŞ-la İran arasındakı gərginliyə daxil edilməməlidir".
Publika.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə keçirilənTəhlükəsizlik Şurasının iclasında belə deyib. O bildirib ki, son hadisələrin Təl-Əvivlə əlaqəsi yoxdur.
Toplantıda iştirak edən yüksək rütbəli hərbi nümayəndələr isə qeyd edib ki, ABŞ-ın həmləsinə cavab olaraq Tehranın İsrailə zərbə endirmək ehtimalı olduqca azdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31