Generalın ölümünə görə ABŞ millisinin Qətər toplanışı ləğv edildi
4 Yanvar 2020 13:29 DünyaABŞ millisinin Qətərdə keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv edilib.
Bu barədə ABŞ Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, regionda vəziyyətin gərginləşməsinə görə müvafiq qərar verilib.
Qeyd edək ki, toplanış yanvarın 5-də başlanmalı və 20 gün davam etməli idi.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın aviazərbəsi nəticəsində iranlı general Qasım Süleymani öldürülüb. Bundan sonra İran ABŞ-dan qisas alacağını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31