Ermənistanda bayram zamanı faciə yaşandı - 60 yaralı var

Ermənistanda dekabrın 31-i və yanvarın 1-də pirotexniki vasitələrin partlaması nəticəsində ümumilikdə 60-a qədər insan xəsarət alıb.

Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alanlardan 15-i yeniyetmə, digərləri isə yaşı 18-dən çox olan şəxslərdir. Məlumata görə, yaralılar xəstəxanalara müraciət edib. Onlara lazımi tibbi yardım göstərilib.

Yaralılardan bəzilərinin xəsarəti nisbətən ciddi olsa da, həyatları üçün təhlükə yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31