Ərdoğanın Putinlə 6 saat 20 dəqiqəlik görüşü TARİXƏ DÜŞDÜ
Ərdoğanın Putinlə 6 saat 20 dəqiqəlik görüşü TARİXƏ DÜŞDÜ
30 Dekabr 2019 18:41 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə 14 ölkəyə səfər edib.
Ərdoğanın ən çox səfər etdiyi ölkə Rusiya olub.
Türkiyə prezidenti 2019-cu ildə Rusiyaya 5, ABŞ-a isə 2 səfər edib.
2019-cu ildə ilk səfərini Rusiyaya edən Ərdoğan ilk 3 xarici səfərini də Moskvaya edib. Onun sonuncu Rusiya səfəri oktyabrın 22-də baş tutub. Səfər zamanı Ərdoğan və Putin 6 saat 20 dəqiqə danışıqlar aparıb.
Prezident Ərdoğan 2019-cu il üçün sonuncu səfərini Tunisə edib.
Ərdoğan bu il başda Azərbaycan olmaqla Tacikistan, Yaponiya, Macarıstan, Qətər, Britaniya, Çin, Serbiya kimi ölkələrdə də danışıq aparıb.
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31