ABŞ bizi Rusiya ilə yaxınlaşmağa məcbur edir - Qalın
ABŞ bizi Rusiya ilə yaxınlaşmağa məcbur edir - Qalın
30 Dekabr 2019 18:02 DünyaABŞ-ın Türkiyə ilə münasibətdə yol verdiyi addımlar Ankaranı Rusiya ilə yaxınlaşmağa sövq edir.
Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın söyləyib.
"Siz bizim sərhədlərdə terror koridoru yaratmaq üçün addımlar atırsınız, regionda Türkiyə ilə hesablaşmırsınız, Türkiyəni alterntiv axtarmağa məcbur edirsiniz, sonra da "Nəyə görə bizə tərəf yox, Rusiyaya doğru yönəlirsiniz" sualını verirsiniz. Siz Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmirsiniz, ancaq sanksiyalarınız buna məcbur edir. Türkiyə alternativ axtarmağa davam edəcək", - deyə Qalın bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31