Müsəlman ölkəsi hərəkətə keçdi: türklərlə bağlı araşdırma
Müsəlman ölkəsi hərəkətə keçdi: türklərlə bağlı araşdırma
30 Dekabr 2019 17:57 DünyaMalayziya hökuməti Çinin Sincan bölgəsində uyğur türklərinə tətbiq olunan təzyiq siyasəti ilə bağlı araşdırma aparacaq.
Bu barədə Malayziya Xarici İşlər naziri Seyfəddin Abdullah deyib.
O bildirib ki, bölgədə uyğur türklərinə zülm edilməsi iddialarını araşdırmaq üçün hökumət Beynəlxalq İslami Düşüncə və Mədəniyyət İnstitutuna tapşırıq verib:
"Malayziya bu məsələdə nə Çin hökumətindən gələn hesabatları kor-koranə təsdiqləyəcək, nə də açıq şəkildə Çini tənqid edəcək. Biz orada yaşananlarla bağlı iddiaların gerçək olmasından əmin olmaq istəyirik".
teref.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31