Bəşər Əsəd Rusiyaya təşəkkür etdi

Suriya Prezidenti Bəşər Əsəd ölkəsinə bütün sahələrdə, o cümlədən terrorla mübarizədə göstərdiyi dəstəyə görə Rusiyaya və rusiyalılara təşəkkür edib.

Bu barədə Bəşər Əsədin mətbuat xidməti məlumat yayıb.

Əsəd rusiyalıları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib və iki ölkə arasındakı əməkdaşlığın daha da güclənəcəyinə ümid ettiyini bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31